qorxusuz işə girişmək

to take no chances / to take no risks действовать наверняка / играть наверняка
qorxusundan tük salmaq
Qoşa qarıyasan!*
OBASTAN VİKİ
Qorxusuz vampir qatilləri
Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri. == Məzmun == Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman edirlər.
Qorxusuz vampir qatilləri (1967)
Qorxusuz Con (Burqundiya hersoqu)
Qorxusuz Con (fr. Jean sans Peur; nid. Jan zonder Vrees; 28 may 1371, Dijon – 10 sentyabr 1419) — Burqundiya hersoqu. == Həyatı == 28 may 1371-ci ildə Dijonda doğuldu. Atası Fransa kralı II İohannın oğlu və Valua-Burqundiya sülaləsinin banisi Cəsur Filipp, anası isə Flandriyalı Marqarita idi. 1384-cü ildə Flandriya qrafı olan babası II Lüdovikin vəfatından sonra Never qrafı ünvanı aldı. Ertəsi il isə Kambredə Bavariya hersoqu I Albertin qızıyla evləndirildi. Atası tərəfindən planlaşdırılan siyasi bir evlilik idi. Belə ki, eyni mərasimdə bacısı Marqarita da hersoqun oğlu Uilyamla evləndirildi. Burqundiya səltənətinə sahiblənmədən öncə Osmanlı sultanı İldırım Bəyazidə qarşı tərtiblənən hərbi yürüşdə iştirak etdi və bu səfər boyunca fransız qüvvələrinə rəhbərlik etdi.
The Sims 4: İşə get
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.
Qorxusuz vampir qatilləri (film, 1967)